Sifarişi necə yerləşdirmək olar?

Bizim İnternet-mağazamızda alış-veriş proseduru çox sadədir və bir neçə addımdan ibarətdir.

1. Sifarişin rəsmiləşdirilməsi

Malın seçimindən sonra Zənbilə düyməsini basın — mal Sizin zənbilinizə əlavə olunacaq.

Sonra, əgər Siz mal seçimini bitirmisinizsə, Sizin zənbiliniz düyməsini basın.

Sizin zənbiliniz səhifəsində tərəfinizdən bütün seçilmiş mallar sadalanacaq.

Miqdar yazilan sahədə Siz alınma üçün nəzərdə tutulan malın miqdarını dəyişdirə, və ya zənbildən malı tamamilə silə bilərsiniz. Burada Siz, həmçinin, daha əvvəl seçilmiş dadı və ya qablaşdırmanı dəyişdirə bilərsiniz. Daxil edilmiş dəyişikliklərdən sonra sifarişin yekun məbləğinin təkrar sayılması üçün Yeniləmək düyməsini basmaq lazımdır.

Həmçinin endirim kuponun kodunu və/və ya hədiyyə sertifikatının kodunu bunun üçün uyğun olan sahələrə daxil etmək olar.

Çatdırılma dəyəri Sizin yerləşdiyiniz yerdən və tərəfinizdən seçilmiş çatdırılma növündən asılıdır. Bütün bu məlumatları Siz sifarişin rəsmiləşdirilməsinin növbəti addımında Sifarişin qeydiyyatı düyməsini basaraq dəyişdirə bilərsiniz.

2. Rəsmiləşdirmə və sifarişin təsdiq edilməsi

Sifarişin rəsmiləşdirilməsi üçün malın çatdırılması haqqında lazımi məlumatları (müştərinin adı, soyadı, çatdırılmanın ünvanı, əlaqə məlumatları, çatdırılma və ödəniş növləri və s.) daxil etdikdən sonra Davam etmək düyməsini basın.

Bundan sonra Siz sifarişin rəsmiləşdirilməsinin son addımına - Gözdən keçirmək və sifarişi yerləşdirmək - gələcəksiniz. Burada Siz tərəfinizdən daxil edilən məlumatları yenidən yoxlaya bilərsiniz. Əgər bir yanlışlıq müşahidə etmirsinizsə və heç bir düzəlişə ehtiyac yoxdursa onda bizim şərtlərimizlə razılıq haqqında qeydi nişanlayın və Sifarişi yerləşdirmək düyməsini basın.

Etdiyiniz sifarişin surəti sifarişin rəsmiləşdirilməsi zamanı göstərilmiş elektron ünvanına göndəriləcək.

Diqqət! Yanlış göstərilmiş telefon nömrəsi, qeyri-dəqiq və ya natamam ünvan əlavə ləngiməyə gətirib çıxara bilər! Xahiş edirik, şəxsi qeydiyyat və sifarişin rəsmiləşdirilməsi zamanı bunları diqqətlə yoxlayın.

Sifarişin rəsmiləşdirilməsindən bir müddət sonra (adətən bir saat ərzində), Sizinlə sifarişin rəsmiləşdirilməsi vaxtı göstərilmiş əlaqə telefonu ilə bizim menecerimiz əlaqə saxlayacaq. Menecerlə dəqiq vaxtı və çatdırılmanın müddətlərini uyğunlaşdırmaq, həmçinin təfərrüatları dəqiqləşdirmək mümkün olacaq.

Qeyd: Mağazanın saytında daimi müştərilər üçün qeydiyyatdan keçmək imkanı var. Bununla Siz proflinizdə zənbilinizin tərkibini gözdən keçirə bilər, sifarişlərinizin tarixini, həmçinin təkrarlamaq və ya sifarişdən imtina etmək, mağazanın xəbərlərinə abunə olmaq, həmçinin çox əlavə xidmət və endirim əldə edə bilərsiniz.

3. Ödəniş və qiymətlər

Saytda göstərilmiş qiymətlər sonuncudur və çatdırılmanın standart şərtləri zamanı əlavə məbləğ tələb olunmur. Bütün vergilər malın dəyərinə daxil edilmişdir.

Diqqət! Hər ayrı sifariş üçün Sizin seçiminizə ödənişin yalnız bir üsulu mümkündür. Sifarişin hissə-hissə müxtəlif üsullarla ödənişi qeyri-mümkündür.

Mümkün olan ödəniş növləri:

  • Nəğd.
    Bu növ ödəniş seçildikdə çatdırılma zamanı ödəniş nəğd pulla kuryerə və ya şəxsən götürülmə zamanı mağazada edilir. Malla birlikdə mal və kassa qəbzləri verilir.
  • Bank vasitəsilə ödəniş.
    Siz bizim hesablama hesabımıza istənilən bank vasitəsilə etdiyiniz sifarişin ödənişini edə bilərsiniz. Ödənişin bu növünün seçimi zamanı Sizə təfərrüatların dəqiqləşdirilməsi üçün bizim menecerimizlə əlaqə saxlamaq gərəkdir.