Klubun qaydaları

Atlant Gym idman klubunun qaydaları

1. Ümumi müddəalar 

1.1. Klubun cari Qaydaları (bundan sonra - Qaydalar) məşqlər üçün təhlükəsiz və rahat şərait yaratmaq üçün nəzərdə tutulmuşdur.

1.2. Qaydalar Klubun bütün ziyarətçiləri üçün məcburidir. Bu Qaydalarını pozulması halında Klub müdiriyyəti Abonementin vaxtından əvvəl ləğv edilməsi və istifadə olunmamış məşqlərin haqqını qaytarmamaq haqqını qoruyur.

1.3. Klubun müdiriyyəti Qaydalarda birtərəfli dəyişiklik etmək hüququna malikdir. 

2. Klubu ziyarət qaydaları

2.1. Məşq zalına buraxılış vərəqəsi Abonement və yaxud birdəfəlik istifadə üçün ödəniş qəbzi sayılır. Hər ödəniş zamanı qəbz verilir və o, növbəti ödənişə qədər saxlanılmalıdır.

2.2. Müştəri aylıq Abonementi və ya məşq zalından birdəfəlik istifadəni cari Preyskuranta uyğun olaraq məşqdən əvvəl ödəməlidir.

2.3. Abonement ödənişdən sonra şəxsiyyət vəsiqəsi əsasında yazılır və Klubu hər ziyarət etdikdə təqdim edilir.

2.4. Ödəniş təqvim tarixi ilə hesablanır.

2.5. Abonementin ziyarətçi tərəfindən itirildiyi zaman yenidən ödəniş edilir.

2.6. Məşqlər buraxıldığı zaman Abonement uzadılmır və məşqlər başqa bir vaxta keçirilmir.

2.7. Abonement şəxsi sayılır və digər şəxlərə verilə bilməz.

2.8. Abonement növünə uyğun olaraq aşağıdakı xidmətlər təqdim edilə bilər:
- bir ayda 12 məşq;
- bir ayda məhdudiyyətsiz miqdarda məşqlər.

2.9. Məşq zalı öz xidmətlərini təqdim edərək, Müştərinin fiziki tərbiyə almaq üçün heç bir tibbi əks göstərişi olmadığına əsaslanır. Klubda məşqlərə başlamadan əvvəl tibbi müayinə keçmək tövsiyə edilir, beləki Müştəri öz sağlamlığı üçün şəxsi məsuliyyət daşıyır.

2.10. Dolab açarları Abonementə və ya məşq zalından birdəfəlik istifadə edənlər üçün şəxsiyyət vəsiqəsinə qarşılıq olaraq verilir və məşqin sonuna qədər müştəridə qalır. Məşqdən sonra dolab boşaldılır və açar Klubun resepşninə geri qaytarılır.

3. Klubda məşq zamanı təhlükəsizlik qaydaları

3.1. İdman zalında məşqlərə yalnız təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra icazə verilir.

3.2. Məşq zalında təlimlər ancaq təmiz idman ayaqqabıları ilə keçirilir. Rahat, bağlı, rezin və sürüşməyən altı olan ayaqqabı istifadə etmək tövsiyə edilir. Hündür daban, dəri altlıqlı ayaqqabı və corab ilə, ayağı yalın yaxud arxası açıq ayaqqabıda məşq etmək qadağandır. Paltar və ayaqqabı gigiyena normalarına uyğun və təmiz olmalıdır. Çılpaq gövdə ilə məşq etmək olmaz.

3.3. Şəxsi gigiyena üçün dəsmaldan istifadə etmək mütləqdir (trenajor və skamyalara döşəmək üçün).

3.4. Məşq zamanı təhlükə yarada bilən əşyaları (saat, asma sırğalar və s.) üstünüzdən, ciblərinizdən batan və ya digər bu növ əşyaları çıxarmanız tövsiyə edilir.

3.5. Sağalmamış travma və ümumi naxoşluq zamanı məşq etmək qadağandır. Məşq zamanı halsızlıq olarsa dərhal məşqə son qoymaq və idman zalının təlimatçısına məlumat vermək gərəkdir.

3.6. Əsas hərəkətləri (uzanaraq sıxma, ştanq ilə çömbəlmə) edən zaman patrnyor və yaxud idman zalı təlimatçısının sığortası ilə etməli. Əsas hərəkətlər (bədən dartılması, çömbəlmə və s.) etdikdə atletik kəmərdən istifadə etməli.

3.7. Çəki, ştanq, hantelləri diqqətlə istifadə etmək tövsiyə edilir. Bütün məşqlər səlis, sıçrayışsız həyata keçirilməlidir.

3.8. Trenajorların normadan artıq əlavə çəkilər ilə yükləməyə icazə yoxdur.

3.9. İdman zalında tələsmədən, digər məşq edənlərin təlim zonalarına girmədən hərəkət etmək lazımdır. Qaçmaq, tullanmaq və ya məşq edənlərin diqqətini digər yollar ilə dağıtmaq qadağandır.

3.10. Nasaz trenajorlarda məşq etmək qadağandır. Nasazlıq (trosun yırtılması, mexaniki nasazlıq) aşkar edildikdə idman zalının təlimatçısına xəbər vermək gərəkdir.

3.11. Blok konstruksiyalarının hərəkət edən hissələrinə toxunmaq qadağandır. Paltar, ayaqqabı, dəsmalların uzun və azad detallarının trenajorların hərəkət edən hissələrinə düşməsinə diqqət edin.

3.12. Azad çəkilər ilə məşqləri şüşə və güzgülərdən 1-1,5 metr aralı məsafədə etmək vacibdir.

3.13. Qaçış cığırında məşq etdikdə ilk öncə hərəkət edən lentin kənarında olan dirəyə durmaq, minimal sürət tənzimləmək lazımdır və lent hərəkətə keçdikdən sonra məşqə başlaya bilərsiniz. Lent tamamilə dayandıqdan sonra trenajordan enə bilərsiniz.

3.14. Məşqdən sonra məşq edən istifadə etdiyi idman avadanlığını onlar üçün ayrılan xüsusi yerlərinə qoymalıdır (hantel, ştanq və s.). Trenajorların yerini dəyişmək, ştanq və hantelləri yerə tullamaq qadağandır.

3.15. Klubun müdiriyyəti öz ərazisində və Klubun təqsiri olmadan Müştərilər ilə baş verən bədbəxt hadisələr üçün məsuliyyət daşımır.

4. Klubun ərazisində davranış qaydaları

4.1. Ziyarətçilər Klubu müəyyən edilmiş vaxtdan gec olmayaraq tərk etməlidirlər.

4.2. Soyunma otağı, qarderob və məşq sahələrində saxlanmış əşyalar üçün Klubun müdiriyyəti məsuliyyət daşımır.

4.3. Ziyarətçi Klubun avadanlıq və əmlakına zərər yetirdikdə, bu ziyanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına əsasən ödəməyi öhdəsinə götürür. Dolabın və yaxud qaçış cığırının açarını itirdiyində ziyarətçi üvafiq olaraq 5 və yaxud 20 AZN cərimə ödəməyi öhdəsinə götürür.

4.4. Klubun ərazisində siqaret çəkmək, hər hansı silah, spritli içki və narkotik maddə saxlanılması, yayılması və satışı qadağandır. Aqressiv yüksək səslə danışmaq, söyüş söymək qadağandır. Klubun müdiriyyəti ilə razılaşdırılmamış hər hansı ictimai tədbirlər keçirtmək qadağandır.

4.5. Məşq üçün ayrılmış ərazidə yemək qəbulu və saxlanılması qadağandır.

4.6. Xidməti və texniki otaqlara daxil olmaq, hər hansı mühəndis-texniki avadanlıqı, kondisiyalaşdırılma və ventilyasiya sistemini özbaşına tənzimləmək qadağandır.

4.7. Yanğn zamanı dərhal məşqi dayandırmaq və binanı tərk etmək lazımdır.

4.8. Təhlükəsizlik məqsədilə Klubun ərazisində video nəzarət keçirilir.

Klubun ziyarətçiləri ictimai yerlərdə davranış qaydalarına uymalı və Klubun ərazisində təmizliyə riayət etməlidirlər.