Çatdırılma

İnternet-mağaza alınan hər hansı bir malın poçt daşınma xidməti ilə çatdırmaq imkanındadır.

Kuryer vasitəsilə çatdırılma dəyəri

Mağazamızdan alınan malların çatdırılma dəyəri Sizin olduğunuz yerdən asılıdır və bu dəyər Sifariş qeydiyyatı səhifəsində hesablanır.

Çatdırılma müddəti

Çatdırılma müddəti çatdırılma xidmətinin meneceri ilə razılaşdırılır və sifarişinizi yerləşdirdikdən sonra Sizinlə əlaqə saxlayıb məlumat verilir.

Diqqət! Sifarşin qeydiyyatı zamanı səhv göstərilən telefon nömrəsi, qeyri-dəqiq və ya natamam ünvan sifarişinizin gecikməsi ilə nəticələnə bilər! Qeydiyyat və sifariş zamanı şəxsi məlumatı diqqətlə yoxlayın. Qeydiyyat məlumatlarının məxfiliyinə zəmanət verilir.

Çatdırılma həftə içi hər gün  saat  09:00-dan saat 18:00-dək, şənbə günü saat 10:00-dan 15:00-dək, bazaar və bayram günləri çatdırılma fəaliyyət göstərmir. Şənbə və bazar günü sifariş etdiyiniz  mallar bazar ertəsi 15:00-18:00 arası və ya çərşənbə axşamı çatdırılır. Çatdırılma müddəti sifarişin  yerləşdirilməsi zamanı və malların anbarda mövcudluğundan asılıdır:

  • sifariş saat 12:00-a qədər daşınma xidmətinin  meneceri tərəfindən təsdiq edilmişdirsə, mallar növbəti iş günü saat 09:00-18:00 arası təqdim edilə bilər;
  • sifariş saat 12:00-dan sonra daşınma xidmətinin  meneceri tərəfindən təsdiq edilmişdirsə, mallar növbəti iş günü saat 15:00-18:00 arası təqdim edilə bilər.

Siz, həmçinin, sifarişinizin Sizə digər münasib zamanda çatdırılmasını sifarişin qeydiyyat zamanı göstərə bilərsiniz. Çatdırılmanın digər zamanda və həmçinin uzaq yerlərə çatdırılması müştəri ilə raılaşmaya əsasən müəyyənləşdirilir.

Çatdırılma yeri

Çatdırılma sifariş zamanı göstərilən ünvan üzrə həyata keçirilir. Əgər sifarişi başqa ünvana  təqdim edilməsini istəyirsinizsə, çatdırılma xidmətinin meneceri Sizinlə əlaqə saxladığı zaman yeni ünvan haqqında məlumat verməniz mütləqdir.

Qaydalar

Çatdırılma zamanı Sizə bütün lazımi sənədlər təqdim olunacaq: mal qeydiyyatları, hesab və qaimə fakturaları.  Əgər sifariş şirkət adına qeyd olunmuşdursa, o zaman Sizə təqdim olunan hesab və qaimə fakturaların üzərinə şirkətin möhürü vurulmalıdır. Kuryer tərəfindən Sizə təqdim olunan sənədlərin üzərində yazılmış ödəniş məbləği müəyyən edilmişdir, kuryerin  məbləği dəyişmək hüququ yoxdur. Daşınma  dəyəri ayrı qrafada sənədlərdə qeyd olunur.

Diqqət! Xahiş edirik, alınan mala aid bütün xüsusiyyətləri sifariş etməzdən  əvvəl bizim menecer  ilə dəqiqləşdirməyi unutmayın. Daşınma  xidməti əməkdaşlarının vəzifələrinə məsləhət və malların istehlak xassələrini şərhi  həyata keçirilməsi daxil deyil. Xahiş edirik, sifariş edilən malların çatdırıldığında malın Sizin sifarişinizlə uyğunluğunu yoxlayın. Sualınız, təklifiniz və şikayətləriniz olduğu halda aşağıdakı koordinatlar vasitəsilə əlaqə yaradın:

Əlaqə telefonu: +994 12 496 41 47 və +994 50 250 08 81


E-mail: sales at atlantgym.com

Şəxsən götürmə

Sifarişinizi mağazamızdan şəxsən götürmək üçün Siz əvvəlcədən xəbər etməklə bazar günü xaric saat 10:00-22:30 arası götürə bilərsiniz, bazar günləri isə saat 12:00-20:00 arası sifarişinizi götürmək imkanınız vardır. Bu halda, sifariş qeydiyyatdan keçirdiyiniz zaman təslim alma üsulunu Şəxsən götürmə kimi qeyd edin.