QNT

1988-ci ildən etibarən fəaliyyətdə olan Quality Nutrition Technology (QNT S.A) artıq bu gün dünyada idman qidaları istehsalçılarının aparıcı markalarından biri hesab olunur.

Belçikada yerləşən QNT-in, eləcə də Böyük Britaniya, ABŞ, Hindistan və Braziliyada ofisləri mövcuddur. Artıq bu gün QNT məhsulları Avropanın 50 dən çox ölkəsində, eləcədə Yaxın Şərq, Asiya, Şimali və Cənubi Amerikada geniş yayılmışdır. Doğma Belçikada isə, QNT idman qidaları bazarının 29% -dən çoxuna sahib olaraq lider mövqeyi tutmuşdur, və Euromonitor İnternational-ın sonuncu hesabatına əsasən, Belçikanın rəqabət bazarında idman qidaları ilə məşğul olan digər şirkətlər ilə məsafəni genişləndirir.

Bütün məhsullar ISO 9001, GMP, HACCP və EFSIS sertifikatlarına malik yüksək keyfiyyətli xam mal əsasında istehsal olunur. Təklif olunan məhsullar əzələ kütləsinin inkişafı, enerji və dözümlülüyün artırılması, bərpa, arıqlamaq və orqanizmin təmizlənməsi kimi müxtəlif məqsəd və ehtiyaclara xidmət edir. Toz, tablet, kapsul, bar, içki, kokteyl və qel kimi müxtəlif formalarda mövcuddur. Fərqli yanaşma və təqdim olunan məhsullar çeşidi QNT markasını həm kişi, həm də qadın seqmentlərində məşhur edir.