Heyvan mənşəli 5 zülal növü, aminoturşular ilə zənginləşdirilmiş, laktoza və zülalın həzm olunması üçün fermentlər və vitamin formulu ilə zülal kompleksi.
Protein Fusion 85 tövsiyə edilir əgər siz:
- mükəmməl zülal mənbəyi axtarırsınız; tərkibində 85% zülal olan məhsul əzələ kütləsinin dəstəklənməsini və artırılmasını təmin edir və sümüklərin sağlamlığını qoruyur
- zülalları məşqdən sonra və ya qida qəbulu arası istəyirsiniz
- qida maddələrinin həzm olunma sürəti orta olduğundan sizin metabolizminizin sürəti azdır
Zülallar - orqanizmimizin əvəzolunmaz quruluş elementləridir, qida maddələrinin mənbəyidir. Zülallar orqanizm tərəfindən istehsal edilən və qida ilə orqanizmə daxil olan aminoturşulardan ibarətdir, bu səbəbdən biz hər gün zülal istifadə etməliyik ki, orqanizmimiz dəstəklənsin. Zülallar məşq, sərt pəhriz zamanı və gündəlik həyatda əzələləri qorumağa kömək edir. Əgər müntəzəm məşq edir və əzələ kütlənizi artırmaq istəyirsinizsə, həmçinin, yaşlandıqca siz daha çox zülal qəbul etməlisiniz. Zülalların sürətli, asan və çox effektiv qəbul növü - zülal qida əlavələri qəbuludur. Sizə lazım olan təkcə zülal tozu, şeyker və süd və ya sudur. Zülal tozu asanlıqla həzm olunur və çoxlu miqdarda qəbul olunan ətdən fərqli olaraq orqanizmi turşulaşdırmır. Zülal tozu süddən, heyvan və ya bitki mənbələrindən və yaxud onların kombinasiyasından əldə oluna bilər. Zülalların həzm olunması sürətli (30-40 dəqiqə), orta (1-2 saat) və ya asta (2 saatdan çox) ola bilər.
- Yüksək zülal tərkibli: 85%
- Heyvan mənşəli 5 zülal növü
- Funksional aminoturşular olan L-arginin hidroxlorid, L-qlutamin və BCAA ilə zənginləşdirilmiş
- Yüksək miqdarda aminoturşu
- Balanslaşdırılmış həzm olunma sürəti
- Zülalın həzmini yaxşılaşdırlmaq üçün əlavə olunmuş fermentlər ilə: laktaza (laktozanın həzmi üçün) və bromelayn
- Az midarda yağ və karbohidrat
- Şəkərsiz
- Steviya ilə
- 10 vitamin və 6 mineral ilə
- Qlyutensiz
- konservantsız
Protein Fusion 85 - müxtəlif zülal növləri - zərdab zülalı konsentratı, zərdab zülalı izolyatı, süd zülalı izolyatı, kazein və yumurta zülalı - ilə zəngin qlyutensuz məhsuldur. Tərkibində müxtəlif zülal növlərinin olması əzələləri maksimal dərəcədə qidalandırır. Protein Fusion 85 mötədil tez həzm olunur və bu səbəbdən sürətli və yavaş metabolizmi olanlar üçün ideal seçim sayılır. Tərkibində laktaza fermenti olduğu üçün o, laktozaya dözümsüzlüyü olanlar üçün də tövsiyə edilir. Həmçinin, məhsul zülalın həzm olunması üçün fermentlər ilə zənginləşdirmir. Ananasdan əldə olunan və рН 4-8 diapazonunda fəal olan ferment bromelayn mədəni qoruyaraq zülalları parçalayır. Məhsulun daha da universal təsir göstərməsi üçün onu vitamin, mineral və əlavə aminoturşular ilə zənginləşdirmişdilər ki, əzələlərin ağrısını azaldsın və sürətli bərpa olunmağa köməklik etsin. Qoruyucu qida maddələri (vitamin və mikroelementlər) orqanizmin müxtəlif yönlərdə normal fəaliyyəti üçün zəruridir. Məhsulun tərkibində olan folat (foliy turşusu) aminoturşuların sintezində iştirak edir. B6, B12 və D vitaminləri və sink və dəmirin birləşməsi immun sisteminin normal fəaliyyəti üçün vacibdir. B6, B12 vitaminləri və yod sinir sisteminin dəstəklənməsi üçün zəruridir. D vitamini, sink və maqnezium sümüklərin sağlamlığını təmin edir.
Zülal əlavəsindən hərtərəfli təsir görmək istəyirsinizsə Protein Fusion 85 ideal seçimdir.
BioTech USA istehsalı olan bütün məhsullar kimi, Protein Fusion 85 təhlükəsiz və diqqətlə seçilmiş inqrediyentlərdən ibarətdir.
Diqqət! Təqdim olunan bütün məhsullar gündəlik yemək rasionuna əlavədir və onu əvəz edə bilməz. Sizin tamdəyərli qidalanmanız - Sizin sağlamlığınızn təminatıdır. İstehsalçı tərəfindən tövsiyyə edilən idman məhsulu qəbulu normalarını aşmayın!
Xəbərdarlıq: İnternet-mağaza məhsulların yanlış istifadəsindən ortaya çıxan neqativ nəticələr üçün məsuliyyət daşımır! Bu pəhriz məhsulların istifadəsinin faydalılığından öz məşqçiniz və ya həkim-dietoloqunuzla məsləhətləşin. Həmçinin, Siz bizim İnternet-mağazamızın ixtisaslı mütəxəssislərimizdən pulsuz məsləhət ala bilərsiniz.
Məlumat: İdman qidası məhsulları dərman preparatları və suni kimyəvi məhsul deyildir. Onların istehsalı üçün yalnız bitki və heyvan mənşəli təbii komponentlər istifadə olunur. İnternet-mağazada təqdim olunmuş məhsulların keyfiyyət serifikatı və/və ya istehsalçı tərəfindən Atlant Gym MMC-yə Azərbaycan Respublikasında ekslüziv istifadə üçün Ümümdünya Antidoping Agentliyinin tələblərinə uyğun sertifikatı (WADA) vardır.