Multi Pro Plus məhsulu Mega Daily One Plus multivitamin kapsulları əsaslı yüksək səviyyəli multivitamin və mineral formuludur. Mega Daily One Plus tərkibində 25 inqrediyent (Multi Pro Plus-dan əlavə inqrediyentlər daxil olmaqla) olan mükəmməl multivitamin və mineral formuludur!
Məhsulun tərkibində yüksək dozada B və C vitaminləri, həmçinin maqnezium, selen və sink daxil olmaqla vacib minerallar vardır. Vitamin C immun və sinir sisteminin normal fəaliyyətinə köməklik edir və yorğunluq hissini azaldır. O, həmçinin, ağır məşq zamanı və məşqdən sonra immun sisteminin normal fəaliyyətini dəstəkləyir (müsbət təsir C vitamininin gündəlik tövsiyə edilən normasına əlavə olaraq 200 mq qəbul etdikdə əldə olunur)! B2 vitamini görmə qabiliyyətinin və qırmızı qan h&¨ceyrələrinin sağlamlığını dəstəkləyir. Foliy turşusu aminoturşuların sintezi üçün zəruridir.
Multi Pro Plus məhsulunun tərkibində gündəlik tövsiyə edilən D3 vitaminin 250% vardır! D3 vitamini normal əzələlərin və immun sisteminin fəaliyyətinə köməklik edir, habelə, kalsium və fosforun yaxşı həzm/istifadə olunmasını təmin edir.
Sink testosteronun normal səviyyəsində qalmasına və dəstəklənməsinə, həmçinin, makro qida maddələrinin düzgün mübadiləsinə köməklik edir.
Maqnezium qəbulu sinir sisteminin yaxşı fəaliyyətini təmin edir: neyrotransmissiya və əzələlərin yığılıb açılması, ürək əzələsi daxil olmaqla; sümük və dişlərin sağlamlığı üçün zəruri olan zülalın normal sintezi.
Selen normal spermatogenez, qalxanvarı vəzinin sağlam fəaliyyəti və sağlam saç və dırnaqların olması üçün faydalıdır.
Multi Pro Plus məhsulunun tərkibində əlavə olaraq Omeqa-3 və lesitin kapsulları, koenzim Q10, üzüm toxumu ekstraktı ilə zəngin olan polifenollar və lyutein vardır!
Diqqət! Təqdim olunan bütün məhsullar gündəlik yemək rasionuna əlavədir və onu əvəz edə bilməz. Sizin tamdəyərli qidalanmanız - Sizin sağlamlığınızn təminatıdır. İstehsalçı tərəfindən tövsiyyə edilən idman məhsulu qəbulu normalarını aşmayın!
Xəbərdarlıq: İnternet-mağaza məhsulların yanlış istifadəsindən ortaya çıxan neqativ nəticələr üçün məsuliyyət daşımır! Bu pəhriz məhsulların istifadəsinin faydalılığından öz məşqçiniz və ya həkim-dietoloqunuzla məsləhətləşin. Həmçinin, Siz bizim İnternet-mağazamızın ixtisaslı mütəxəssislərimizdən pulsuz məsləhət ala bilərsiniz.
Məlumat: İdman qidası məhsulları dərman preparatları və suni kimyəvi məhsul deyildir. Onların istehsalı üçün yalnız bitki və heyvan mənşəli təbii komponentlər istifadə olunur. İnternet-mağazada təqdim olunmuş məhsulların keyfiyyət serifikatı və/və ya istehsalçı tərəfindən Atlant Gym MMC-yə Azərbaycan Respublikasında ekslüziv istifadə üçün Ümümdünya Antidoping Agentliyinin tələblərinə uyğun sertifikatı (WADA) vardır.