İdman qidalanması üzrə seminar

Hörmətli dostlar!

Klubumuza idman qidasının istifadə və təyinatı üçün çox sayda suallar yönləndirilir. Bu səbəbdən sizinlə öz bilik və təcrübəmiz ilə paylaşmaq, idman qidalanmasının inkişaf tendensiyaları haqqında bölüşmək və sizi maraqlandıran sualları cavablandırmaq üçün seminar silsiləsi keçirməyə qərara gəldik.

Seminarların planı:

17 may - Zülallar və aminoturşular - rus dilində.

24 may - Zülallar və aminoturşular - azərbaycan dilində.

31 may - Karbohidratlar və geynerlər - rus dilində.

7 iyun - Karbohidratlar və geynerlər - azərbaycan dilində.

14 iyun - Məşqdən əvvəl və bərpaedici komplekslər - rus dilində.

21 iyun - Məşqdən əvvəl və bərpaedici komplekslər - azərbaycan dilində.

28 iyun - Xüsusi məhsullar - rus dilində.

5 iyul - Xüsusi məhsullar - azərbaycan dilində.

Bütün seminarlar saat 18:00 Demirchi Tower iş mərkəzinin (Xocalı pr-ti 37, metro Xətai) konfrans zalında keçiriləcək.

Xahiş edirik, sizi maraqlandıran seminarı seçib, sadə qeydiyyat prosedurasını keçin. Bu sizinlə görüşə daha yaxşı hazırlaşmağımıza köməklik edəcək.