Scitec Nutrition-dan Jumbo məhsulunun əfsanəvi xətti daha da genişləndi! Bu məhsullar peşəkar səviyyədə idilər, Jumbo "böyük", "güclü" deməkdir, lakin son versiya olan Jumbo Hardcore hər biri detalı daha da yaxşılaşdırdı!
Əzəldən Jumbo dekstroza və maltodekstrinə əsaslanan digər geynerlərə nisbətən bir addım irəlidə hazırlanmışdır və orqanizmi yüksək miqdarda kalori və əlavə inqrediyentlər ilə təmin edirdi. Yeni "7-Carb" qarışığı daha da mürəkkəbdir, onun tərkibində yulaf unu, patentləşdirilmiş ModCarb™ matrisası (yulaf kəpəyi, orqanik sirkən (kinoa), qarabaşaq, darı), şaxələnmiş siklik dekstrin, uzun müddət enerji ilə təmin edən Palatinose™, habelə mum qarğədalısı var. Mühüm olanı odur ki, məhsul sadə şəkərlər ilə doldurulmamışdır!
Jumbo-nun ilkin formulunun tərkibində yalnız bir zülal mənbəyi (zərdab) var idi, lakin Jumbo Hardcore məhsulunun tərkibində mikrofiltrləşdirilmiş zərdab zülalına əsaslanan, əla həzm olunan zərdab zülalı izolyatı, misellyar kazein, mal əti zülalının hidrolizləşdirilmiş peptdiləri və düyü zülalı ilə "5-Protein" matrisası var. 50 q təmiz zülal matrisasına əlavə olunmuş məhsul haqqında məlumatlar bölməsində göstərilən aminoturşular zülalın əhəmiyyətini artırır.
Jumbo Hardcore məhsulunun tərkibinə orqanizmin bir çox tələbatlarını təmin etmək üçün 8 müxtəlif matrisadan ibarət 10.000 mq daxildir. Bu matrisalardan birinin tərkibində 6 növ kreatin var, həmçinin ən qatılaşdırılmış kreatin və patentləşdirilmiş insulin stimulyatoru olan CreaPep™ peptidlər! İki matrisa orqanizmi cəld təsir edən vacib aminoturşular ilə təmin edir. Onların bəziləri mikronlaşdırılmış formadadır: Amino Select Matrisasının tərkibində mikronlaşdırılmış qlutamin, taurin, alanin, fenilalanin, lizin, ornitin, alfa-ketoqlutarat və BCAA Xpress kompleksi (əlavə olaraq mikronlaşdırılmış leysin, izoleysin və valin ilə təmin edir) var!
Ümumilikdə Jumbo Hardcore məhsulunun bir porsiyası (153 q) 5.670 mq leysin, 2.580 mq izoleysin, 2.520 mq valin, 8.250 mq qlutamin və 2.390 mq arginin ilə təmin edir. Hemo-No matrisası müxtəlif növ arginin (mikronlaşdırılmış arginin, arginin alfa-ketoqlutarat) və bioloji aktiv peptidlər ilə zənginləşdirilmiş azot oksidinin analoqu NOP-47™ ibarətdir!
Səmərəliliyi yaxşılaşdıran matrisa orqanizmi betain, beta-alanin və L-karnitin ilə təmin edir! Bərpa edici matrisa məşqdən sonra neqativ proseslər zamanı köməklik edir. C vitamini intensiv məşqlər zamanı və sonra immun sisteminin normal fəaliyyətini dəstəkləyir. C vitamininin gündəlik tövsiyə olunmuş dozasına əlavə olaraq 200 mq (1 porsiyada) istifadə edildikdə əla nəticə əldə edilir!
Digər matrisalar əlavə mikro qida maddələri və dəstəkləyici bitki ekstraktları, həmçinin D vitamini ilə təmin edir. D vitamini immun sisteminin fəaliyyətini normallaşdırır, əzələlərin işləməsini optimallaşdırır, habelə, sümük və dişlərin sağlamlığını dəstəkləyir və kalsium və fosforun həzm olunmasını normallaşdırır! Jumbo Hardcore məhsulunun tərkibində olan minerallar əzələ və sinir sisteminin fəaliyyətini, enerji mübadiləsini, neyrotransmissiyanı normallaşdırır və diş və sümüklərin sağlamlığını qoruyur. 46 keyfiyyətli və effektiv fəal inqrediyentlər ilə Jumbo Hardcore güclü məhsuldur və o, sizə həqiqətəndə qüvvətli olmağa kömək edəcək! Bu universal formul hər kəs üçün uyğundur.
Diqqət! Təqdim olunan bütün məhsullar gündəlik yemək rasionuna əlavədir və onu əvəz edə bilməz. Sizin tamdəyərli qidalanmanız - Sizin sağlamlığınızn təminatıdır. İstehsalçı tərəfindən tövsiyyə edilən idman məhsulu qəbulu normalarını aşmayın!
Xəbərdarlıq: İnternet-mağaza məhsulların yanlış istifadəsindən ortaya çıxan neqativ nəticələr üçün məsuliyyət daşımır! Bu pəhriz məhsulların istifadəsinin faydalılığından öz məşqçiniz və ya həkim-dietoloqunuzla məsləhətləşin. Həmçinin, Siz bizim İnternet-mağazamızın ixtisaslı mütəxəssislərimizdən pulsuz məsləhət ala bilərsiniz.
Məlumat: İdman qidası məhsulları dərman preparatları və suni kimyəvi məhsul deyildir. Onların istehsalı üçün yalnız bitki və heyvan mənşəli təbii komponentlər istifadə olunur. İnternet-mağazada təqdim olunmuş məhsulların keyfiyyət serifikatı və/və ya istehsalçı tərəfindən Atlant Gym MMC-yə Azərbaycan Respublikasında ekslüziv istifadə üçün Ümümdünya Antidoping Agentliyinin tələblərinə uyğun sertifikatı (WADA) vardır.