İstehsalçı İstehsalçı

Jumbo

Jumbo

70,00 AZN
(ƏDV daxil)
Qablaşdırmanı seçin
Dadı seçin
Ballar üzrə qiymət: 3500 bal
+

Sübut olunmuşdur ki, arzu edilən əzələlərin əldə etmək cəhdi zamanı insanlar öz faktiki qida maddələrinin istifadəsini yüksək qiymətləndirirlər. Başqa sözlə, onlar davamlı və əhəmiyyətli irəliləmə üçün zəruri olan qida maddələrini lazım olduğundan daha az qəbul edirlər! Hər kəs sehirli bir yol axtarır, və unudur ki, lazımi miqdarda kalori, aktivləşdirici karbohidrat və əzələ kütləsinin qurulması üçün zülalın ardıcıl istifadəsindən daha gücl&¨ heç bir üsul yoxdur. Məqsədinizə çatmaq üçün lazımi miqdarda qida maddəsi əldə etməkdə Jumbo Sizə həqiqətən kömək edə bilər. İndi Jumbo-nun tərkibində qida maddələrinin miqdarı artırılmışdır - bir porsiyanın tərkibində 50 q ən yüksək keyfiyyətli zülallar, 6-Carb karbohidrat matrisası vardır!

Jumbo zərdab zülalından hazırlanmışdır. Pəhriz zülalları, əzələ toxumasının bitməsi və dəstəklənməsi üçün vacib olan azot və əvəzolunmaz aminoturşuların mənbəyidir. Beləliklə, Jumbo əzələ kütləsinin artırılması və dəstəklənməsində vacib rol oynayır. Zərdab süd zülalı orqanizmi bütün lazımi aminoturşular ilə, 9 aminoturşu (histidin, izoleysin, leysin, lizin, metionin, fenilalanin, treonin, triptofan, valin) daxil olmaq ilə, təmin edir və bu səbəbdən tam zülal adlanır. Bu zülallar həyat üçün vacibdir, çunki orqanizm onları özü sintez edə bilmir. Pəhriz zamanı zülalın qida effektivliyi pəhriz zülalı azotunun həzm olunması, onun orqanizm tərəfindən saxlanılması və gündəlik azot israfının qarşılığının ödənilməsi baxımından təyin edilir. Zülalın təmiz həzm edilmə dərəcəsi (Net Protein Utilisation - NPU) orqanizmdə saxlanılan həzm edilən azot və onun bioloji dəyərinin faiz nisbətidir. Bioloji dəyər - zülalın təmiz həzm edilmə dərəcəsi və onun həzm olunmasıdır. Zərdab zülalı asanlıqla həzm olunur və yaxşı aminoturşu tərkibinə malikdir, bu səbəbdəndə, ət, balıq, yumurta və yaxud soya kimi digər zülal mənbələri ilə müqayisədə daha yüksək bioloji dəyərə malikdir.

Jumbo-nun tərkibində yulaf unu, Palatinose™ və Vitargo®-dan ibarət "6-Carb" karbohidrat qarışığı vardır. Vitargo® yüksək molekulyar çəkili patentləşdirilmiş karbohidrat qarışığıdır və bir çox məhsulun tərkibində olan şəkərlərdən (məsələn, qlyukoza, fruktoza) və maltodekstrindən çox fərqlənən molekulyar profilin əldə edilməsi üçün xüsusən işlənildiyi üçün unikaldır.

"Jumbo" matrisası orqanizmi patentləşdirilmiş kreatin matrisası olan "Crea-Bomb"-un zəruri dozası ilə təmin edir! Elmi tədqiqatlar sübut etmişdir ki, dözümlülüyün artırılması üçün orqanizm gündə ən azı 3 q kreatin qəbul etməlidir. Həmçinin, məhsulun tərkibinə əlavə aminoturşular da əlavə edilmişdir.

Zülalın normal sintezi, yorğunluluğun azadılması, sinir sisteminin normal fəqliyyəti (neyrotransmissiya və əzələlərinin yığılıb açılması, ürək əzələsi daxil olmaqla), düzgün ekzerqonik metabolizm, sümük və dişlərin sağlamlığının dəstəklənməsi üçün, habelə, hüceyrələrin bölünməsi prosesində vacib rolu olduğu üçün Jumbo-nun tərkibində olan dəstəkləyici kompleksə zəruri miqdarda maqnezium əlavə edilmişdir. Və, nəhayət, məhsulun tərkibinə qara bibərin patentləşdirilmiş ekstraktı olan BioPerine® əlavə edilmişdir.

Jumbo-nun tərkibində hər hansı suni şirinləşdirici maddələr və aspartam yoxdur!

Məşqlərin məqsədi:
  • Çəkinin artırılması
  • Gücün artırılması
  • Əzələ artımı
Buraxılış növü:
toz
İstehsalçı:
Scitec Nutrition
İstehsalçı dövlət:
Avropa birliyi
Porsiya:
220 q
Qablaşdırılmada porsiyalar:
2860 q - 13; 4400 q - 20; 8800 q - 40
Enerji dəyəri, kkal *:
915
- yağdan, kkal*:
54
Zülal, mq*:
50.000
Karbohidratlar, mq*:
155.000
- sadə karbohidratlar, mq*:
37.000
- sellüloz, mq*:
5.000
Yağlar, mq*:
6.000
- doymuş, mq*:
2.000
Holesterol, mq*:
50

Minerallar

natrium:
68 mq
kalium:
122 mq

Digər

"6-Carb" matrisası:
147.000 mq
"Hemo-NO" matrisası:
1.056 mq
"Jumbo Amino Select" matrisası:
957 mq
"BCAA Express" əvəzolunmaz amino matrisası:
940 mq
multi-kreatin matrisası:
5.610 mq
tərkibi:
zərdab zülalının ultrafiltrləşdirilmiş konsentratı (tərkibində beta laktoqlobulin, alfa laktalbumin, zərdab albumin, immunoqlobulin G, laktoferrin, qlyukomakropeptidin zülal mikrofraksiyaları), dekstroza, yulaf unu, Paltinose™ (izomaltuloza), maltodekstri

Əlavə məlumat

Gündəlik norma :
Məhsulun 1 porsiyası 4,25 ölçü qaşığıdır. Məhsulun hər ölçü qaşığına 100 ml maye hesabı ilə qarışdırın
Tövsiyə:
Maksimal nəticələr üçün bədən çəkiniz və fəaliyyət səviyyənizdən asılı olaraq gündə azı 1 tam porsiya istifadə edin. Gün ərzində, məşqdən əvvəl, sonra və ya məşq zamanı istifadə etmək olar
Allergenlər :
Süd, soya və yumurta zülalı, yerfındığı
* Qeydlər:
Məlumatlar 1 porsiya üçün göstərilmişdir
Geyner, kreatin, amino kislot daha yaxshi effekt verir
cox sag ol qardaw indi jumbonu kutarim soram aminonu icim deyirsiz ?
Cavid aminonu qeynernen qebul elemiller. Amino ac qarina seher icilir sonra mewqden evvel ve sonra. Men ele icdim.
Jumboda awaqda yazilib nece icilir. Super proteindi.
birde amino 5600 geynernen icsem meslehetdir ?
Cekim 52 kg boyum ise 164
Artiq jumbonu aldim onu meslehet gorduler Nece qebul edim melumat vererdiz zehmet olmasa
Cavid, hansı geyneri qəbul etməniz Sizin bədən quruluşunuzdan asılıdır.
Aşağıdakı linkdə Sizin hansı geyneri seçməniz barədə faydalı məsləhət tapa bilərsiniz.

http://agym.az/index.php?dispatch=pages.view&page_id=42&sl=AZ
Salam Jumbonu alim yoxsa serious mass alim cekimin artmasi ucun Atlant gym cavablandirsaniz cox wad olaram
Məşq günü:
Zavtrak obed arası 2 öz gashigini 200 ml südlə.
İkinci dəfə məşqdən sonra 2 öz qaşığını 200 ml südlə.

Məşq olmayan gündə:
Zavtrak obed arası 2 gashig 200 ml südlə.
İkinci dəfə isə obed və ujin arası 2 gashig 200 ml südlə.
1 mernaya lojka +100 qram sud
3 mernaya lojka+300 qram sud???????icmek qaydasini deqiq bilen var???
Şərh yazmaq

Diqqət! Təqdim olunan bütün məhsullar gündəlik yemək rasionuna əlavədir və onu əvəz edə bilməz. Sizin tamdəyərli qidalanmanız - Sizin sağlamlığınızn təminatıdır. İstehsalçı tərəfindən tövsiyyə edilən idman məhsulu qəbulu normalarını aşmayın!

Xəbərdarlıq: İnternet-mağaza məhsulların yanlış istifadəsindən ortaya çıxan neqativ nəticələr üçün məsuliyyət daşımır! Bu pəhriz məhsulların istifadəsinin faydalılığından öz məşqçiniz və ya həkim-dietoloqunuzla məsləhətləşin. Həmçinin, Siz bizim İnternet-mağazamızın ixtisaslı mütəxəssislərimizdən pulsuz məsləhət ala bilərsiniz.

Məlumat: İdman qidası məhsulları dərman preparatları və suni kimyəvi məhsul deyildir. Onların istehsalı üçün yalnız bitki və heyvan mənşəli təbii komponentlər istifadə olunur. İnternet-mağazada təqdim olunmuş məhsulların keyfiyyət serifikatı və/və ya istehsalçı tərəfindən Atlant Gym MMC-yə Azərbaycan Respublikasında ekslüziv istifadə üçün Ümümdünya Antidoping Agentliyinin tələblərinə uyğun sertifikatı (WADA) vardır.

Oxşar məhsullar Oxşar məhsullar