Optimum Nutrition

Optimum NutritionOptimum Nutrition – pendir və qida məhsulları istehsalçısı olan Glanbia şirkətinin törəmə şirkətidir. ON öz məhsullarını iki brend altında istehsal edir - Optimum Nutrition və American Body Building və, beləliklə, istifadəçiyə müxtəlif kateqoriyalı geniş seçimdə qidalanma təqdim edir. Şirkətin dörd müasir anbar və istehsalat sahəsi var. ON özünü idman qidalanma bazarında bu kimi məhsulların bütün mümkün ola bilən kateqoriyalarını əhatə edən tək şirkət mövqesində göstərir. Söhbət qidalandırıcı baton və şokolad, zülal, istifadə üçün hazır mikslər və ya vitamin kompleksləri, mineral və bitki əlavələrindən getmir, Optimum Nutrition alıcıları idman qidalanmasına aid istənilən məhsul növü ilə təmin etməyə hazırdır. Costello’s Health Distributors şirkəti və amerika distribyutor şəbəkəsi ABB Optimum Nutrition dəstəyi ilə Optimum Nutrition ABŞ ərazisində güclü, sürətli və yüksək keyfiyyətli çatdırılma xidməti yaratmışdır. Optimum Nutrition, American Body Build və Costello’s Health Distributors birgə bütün xüsusi və sağlam qidalanma mağazalarında, trenajor zallarında əldə edilməsi mümkün olan idman qidalanmasının yüksək keyfiyyəti sayəsində əsas yer tutur.

Tarix

Optimum Nutrition 1986-cı ildə Toni və Maykl Kostello qardaşları tərəfindən təsis edilmişdir. İlk öncə şirkət "Kostellodan sağlamlıq payı" adlanırdı. Təşəbbüskar qardaşlar idman qidalanması sənayesinə yeniliklər etməyi və keyfiyyətin artırılmasının zəruri olduğunu tez hiss etdilər. Optimum Nutririon bu tələbləri yerinə yetirmək üçün yaradıldı və 22 il müvəffəqiyyətli işdən sonra şirkət dünya üzrə tanındı. Bu uğurun sübutlarından biri 100% Whey Gold Standard adlı ən yaxşı satılan mal oldu və bu protein 2005-ci ildən etibarən bütün dünyada №1 olaraq qalır. Daha sonra Kostello qardaşları "ON" aksiyalarını nəhəng pendir və gündəlik istifadə üçün qida istehsalçısı olan beynalxalq Glanbia şirkətinə satmaq haqqında razılaşma imzaladılar.

Missiya

Optimum Nutrition yüksək keyfiyyətli məhsullar istehsal edir. Şirkətin işçiləri müştərinin tələblərini əvvəlcədən bilmək və tez inkişaf edən idman qidalanması bazarının tələbatlarını yerinə yetirmək üçün maksimal dərəcədə çalışırlar. Həmçinin, şirkət xidmətin yüksək səviyyəsini qoruyub saxlamağa çalışır.

Əlverişlilik

Şirkət sağlam həyat tərzini dəstəkləyir və əmindir ki, idmanla məşqul olan istənilən insanın özünü yüksək keyfiyyətli məhsul ilə təmin etmək imkanı olmalıdır. Məhsulların distribusiya prosesi nəzarət altında saxlanılır və beləliklə istənilən şəxs Optimum Nutrition şirkətinin məhsullarının keyfiyyətində əmin ola bilər.

Keyfiyyət

İstehsalçının keyfiyyətə sadiqliyi məhsulun istehsalı prosesi boyu nəzərə çarpır. Optimum Nutrition ona xammal ilə təmin edən tədarükçüləri diqqətlə seçir. Bütün tədarükçülər hər xammal üçün analiz sertifikatı təqdim etməlidir. Bu sertifakatlar təsadüfi daxili və müstəqil laborator araşdırmaları yolu ilə yoxlanılır. Ən mürəkkəb avadanlıqda Optimum Nutrition etiketlərdə göstərilən hər bir inqrediyentin təmizlik və gücünün təsdiqlənməsini axtarır. Sonrakı fiziki, kimyəvi və mikrobioloji kirləndirmələrin riskinin azaldılması üçün Optimum Nutrition öz kritik nəzarət nöqtələrində risklərin analizi proqramını (HACCP) yaratdı. Keyfiyyət üzrə mütəxəssislər məhsul ehtiyatının anbara gəlməsindən əvvəl onu yoxlayırlar. Bütün bu üsullar Optimum Nutrition şirkətinin standart keyfiyyətinin ən ciddi nəzarəti altında yüksək keyfiyyətli idman qidalanması istehsal etməsinə gətirir. Şirkət lazımi istehsalat şirkəti kimi təyin edilmişdir (cGMPs).

Müştərilərin razı qalması

Optimum Nutrition şirkətinin əsası qoyulduqdan bəri müştərilər onun fəaliyyətində nömrə bir sayılırdı. İstehsalat keyfiyyəti və laborator testləri üzərində nəzarət, yeni və köhnə müştərilərin tələbatlarını lazımi dərəcədə təmin etmək üçün mütəxəssislərin nəzarət etdiyi punktlardan yalnız bir cütüdür. ON fəxr edir ki, ilk dəfə onu seçən müştəri çox vaxt daimi müştəriyə çevrilir. Əmin ola bilərsiniz ki, məhsulların tərkibi diqqətlə düşünülmüş və çox sayda sınaqdan keçirilmişdir.