İstehsalçı İstehsalçı

Iso Whey Zero

Iso Whey Zero

2,20 AZN
(ƏDV daxil)
Qablaşdırmanı seçin
Dadı seçin
Ballar üzrə qiymət: 111 bal
+

Iso Whey Zero tövsiyə edilir əgər siz:

  • mükəmməl zülal mənbəyi axtarırsınız; tərkibində 88% zülal olan məhsul əzələ kütləsinin dəstəklənməsini və artırılmasını təmin edir və sümüklərin sağlamlığını qoruyur
  • laktozasız yüksək keyfiyyətli zülal əlavələri seçirsinizsə
  • məşqdən sonra bərpa olunmaq üçün zülal tozunun dərhal həzm olunmasını istəyirsinizsə
  • pəhriz zamanı az kalorili şirniyyat dadmaq istəyirsinizsə
  • qlyutenə qarşı həssassınızsa
  • müxtəlif və ləziz dadlara üstünlük verirsinizsə

Laktoza (digər adı "süd şəkəri") - südün quru maddəsinin təxminən 2-8% təşkil edən mürəkkəb karbohidratdır. Laktozaya ehtiyac əsasən uşaq vaxtında olur. Yaşa dolduqca orqanizm laktozanın parçalanması üçün lazım olan laktaza fermentini ifraz etmir və bu laktozaya dözümsüzlüyə gətirir. Bugün yer kürəsinin 75% əhalisində laktozaya qarşı dözümsüzlük var. İstehsalat prosesi zamanı laktozanı zərdabdan ayırırlar. Beləliklə saf, asan həll və həzm olunan zərdab zülalı izolyatı əldə edilir. Bu zərdab zülalı izolyatı zərdab zülalı konsentratının daha təmiz növüdür və tərkibində daha az karbohidrat və yağlar olan zərdab zülalının hidrolizləşdirilmiş izolyatının əsas inqrediyentidir.

Zülallar - orqanizmimizin əvəzolunmaz quruluş elementləridir, qida maddələrinin mənbəyidir. Zülallar orqanizm tərəfindən istehsal edilən və qida ilə orqanizmə daxil olan aminoturşulardan ibarətdir, bu səbəbdən biz hər gün zülal istifadə etməliyik ki, orqanizmimiz dəstəklənsin. Zülallar məşq, sərt pəhriz zamanı və gündəlik həyatda əzələləri qorumağa kömək edir. Əgər müntəzəm məşq edir və əzələ kütlənizi artırmaq istəyirsinizsə, həmçinin, yaşlandıqca siz daha çox zülal qəbul etməlisiniz. Zülalların sürətli, asan və çox effektiv qəbul növü - zülal qida əlavələri qəbuludur. Sizə lazım olan təkcə zülal tozu, şeyker və süd və ya sudur. Zülal tozu asanlıqla həzm olunur və çoxlu miqdarda qəbul olunan ətdən fərqli olaraq orqanizmi turşulaşdırmır. Zülal tozu süddən, heyvan və ya bitki mənbələrindən və yaxud onların kombinasiyasından əldə oluna bilər. Zülalların həzm olunması sürətli (30-40 dəqiqə), orta (1-2 saat) və ya asta (2 saatdan çox) ola bilər.

  • Yüksək miqdarda zülal: 88%
  • Funksional aminoturşular olan L-arginin hidroxlorid, L-sitrullinnn, L-qlutamin və BCAA ilə zənginləşdirilmiş
  • Yüksək miqdarda aminoturşu
  • Asan və sürətli həzm olunma
  • Az midarda yağ və karbohidrat
  • Az midarda natrium
  • Şəkərsiz
  • Steviya ilə
  • Qlyutensiz
  • Laktozasız

Güclü bədən və əla əzələ relyefi düzgün pəhriz və fiziki məşqlər köməkliyi ilə əldə olunur. Əzələlərin dəstəklənməsi və sağlam böyüməsi üçün onlar müntəzəm haldazəriro qida maddələri almalıdır. Iso Whey Zero yüksək təmizliyə malik zərdab zülalı izolyatıdır. Onu tərkibində qlyuten, laktoza və əlavə olunmuş trans-yağlar və şəkər kimi heç bir komponent yoxdur və o asanlıqla və sürətlə həzm olunur. Yüksək zülal tərkibli (88%) və az miqdarda karbohidratlar olan bu məhsul ultra relyef əzələ əldə etmək istəyən idmançılar üçün ideal seçimdir. Əlavə oluna aminoturşular isə sürətli bərpa olunmaya gətirir və əzələ ağrısını azaldır.

Iso Whey Zero məhsulunu müntəzəm istifadə edin və əla əzələ kütləsi əldə edin.

BioTech USA istehsalı olan bütün məhsullar kimi, Iso Whey Zero təhlükəsiz və diqqətlə seçilmiş inqrediyentlərdən ibarətdir.

Məşqlərin məqsədi:
  • Çəkinin azaldılması
  • Dözümlülük
  • Gücün artırılması
  • Əzələ artımı
Buraxılış növü:
toz
İstehsalçı:
BioTech USA
İstehsalçı dövlət:
Avropa birliyi
Porsiya:
25 q
Qablaşdırılmada porsiyalar:
500 q - 20; 908 q - 36
Enerji dəyəri, kkal *:
91 (*362)
Zülal, mq*:
21.400 (*85.600)
Karbohidratlar, mq*:
720 (*2.900)
- sadə karbohidratlar, mq*:
720 (*2.900)
Yağlar, mq*:
240 (*950)
- doymuş, mq*:
130 (*500)

Aminoturşu tərkibi

Əvəzolunmaz aminoturşular, mq*:
4.600 (*18.400)
BCAA, mq*:
4.800 (*19.200)

Minerallar

duz:
140 (*550) mq

Digər

tərkibi:
köndələn yol ilə mikrofiltrasiya olunmuş zərdab zülalı isolatı , natrium karboksimetil sellüloza, ksantan saqqızı, sukraloza, kalium fosfat, silisium dioksid, yağ turşularının mono- və diqliseridləri, boya maddələri

Əlavə məlumat

Gündəlik norma :
1 porsiya (25 q) məhsulu 200 ml su və ya yağsız süd ilə qarışdırın. Məşq günləri 1 porsiya səhər və 1 porsiya məşqdən dərhal sonra; məşq etmədiyiniz günlər isə 1 porsiya səhər və 1 porsiya axşam qəbul edin
* Qeydlər:
Məlumatlar bir porsiya üçün göstərilmişdir. *İşarəsi ilə məlumatlar 100 q üçün göstərilmişdir
Vusal,протеин полезен всегда.И на сушке и на массе
Qiymetlerde ne ise uygunsuzluq var. 500 qr 18 manatadir 900 gram 42 manata. 2 dene yarim kilolug alsam daha serf eliyirki.
МММ на сушке советуете пить это ?
Şərh yazmaq

Diqqət! Təqdim olunan bütün məhsullar gündəlik yemək rasionuna əlavədir və onu əvəz edə bilməz. Sizin tamdəyərli qidalanmanız - Sizin sağlamlığınızn təminatıdır. İstehsalçı tərəfindən tövsiyyə edilən idman məhsulu qəbulu normalarını aşmayın!

Xəbərdarlıq: İnternet-mağaza məhsulların yanlış istifadəsindən ortaya çıxan neqativ nəticələr üçün məsuliyyət daşımır! Bu pəhriz məhsulların istifadəsinin faydalılığından öz məşqçiniz və ya həkim-dietoloqunuzla məsləhətləşin. Həmçinin, Siz bizim İnternet-mağazamızın ixtisaslı mütəxəssislərimizdən pulsuz məsləhət ala bilərsiniz.

Məlumat: İdman qidası məhsulları dərman preparatları və suni kimyəvi məhsul deyildir. Onların istehsalı üçün yalnız bitki və heyvan mənşəli təbii komponentlər istifadə olunur. İnternet-mağazada təqdim olunmuş məhsulların keyfiyyət serifikatı və/və ya istehsalçı tərəfindən Atlant Gym MMC-yə Azərbaycan Respublikasında ekslüziv istifadə üçün Ümümdünya Antidoping Agentliyinin tələblərinə uyğun sertifikatı (WADA) vardır.