İstehsalçı İstehsalçı

Hydro Whey Zero

Hydro Whey Zero

2,90 AZN
(ƏDV daxil)
Qablaşdırmanı seçin
Dadı seçin
Ballar üzrə qiymət: 145 bal
+

Laktoza və qlyutensiz, yüksək miqdarda zülal, L-arginin hidroxlorid ilə təmiz zərdab zülalının hidrolizləşdirilmiş izolyatı.

Hydro Whey Zero o halda tövsiyə edilir ki, əgər siz:

  • mükəmməl zülal mənbəyi axtarırsınızsa; 92% zülal ilə bu məhsul əzlə kütləsinin dəstəklənməsi və artırılması və sümükklərin sağlamlığını təmin edir
  • laktozasız yüksək keyfiyyətli zülal əlavələri seçirsinizsə
  • 100% zülaldan ibarət xoş və ləziz məhsul axtarırsınız
  • məşqdən sonra bərpa olunmaq üçün zülal tozunun dərhal həzm olunmasını istəyirsinizsə
  • yarışlara hazırlaşırsınızsa (estetik idman növləri ilə məşqul olursunuz)
  • qlyutenə qarşı həssassınızsa

Zərdab zülalının hidrolizləşdirilmiş izolyatı öncədən parçalanmış və qismən hidrolizləşdirilmiş zülal tozudur. Hidroliz prosesi zamanı xüsusi fermentlər zülal zəncirlərini daha qısa peptidlərə bölür və bu peptidlər daha sürətli həzm və həll olunur. Yüksək hidrolizləşdirilmiş zülallar daha az alergendir və bu səbəbdən tibbi məqsədlər üçün istehsal olunan zülal və qida əlavələrində daha sıx istifadə olunur.

Laktoza (digər adı "süd şəkəri") - südün quru maddəsinin təxminən 2-8% təşkil edən mürəkkəb karbohidratdır. Laktozaya ehtiyac əsasən uşaq vaxtında olur. Yaşa dolduqca orqanizm laktozanın parçalanması üçün lazım olan laktaza fermentini ifraz etmir və bu laktozaya dözümsüzlüyə gətirir. Bugün yer kürəsinin 75% əhalisində laktozaya qarşı dözümsüzlük var. İstehsalat prosesi zamanı laktozanı zərdabdan ayırırlar. Beləliklə saf, asan həll və həzm olunan zərdab zülalı izolyatı əldə edilir. Bu zərdab zülalı izolyatı zərdab zülalı konsentratının daha təmiz növüdür və tərkibində daha az karbohidrat və yağlar olan zərdab zülalının hidrolizləşdirilmiş izolyatının əsas inqrediyentidir.

Zülallar - orqanizmimizin əvəzolunmaz quruluş elementləridir, qida maddələrinin mənbəyidir. Zülallar orqanizm tərəfindən istehsal edilən və qida ilə orqanizmə daxil olan aminoturşulardan ibarətdir, bu səbəbdən biz hər gün zülal istifadə etməliyik ki, orqanizmimiz dəstəklənsin. Zülallar məşq, sərt pəhriz zamanı və gündəlik həyatda əzələləri qorumağa kömək edir. Əgər müntəzəm məşq edir və əzələ kütlənizi artırmaq istəyirsinizsə, həmçinin, yaşlandıqca siz daha çox zülal qəbul etməlisiniz. Zülalların sürətli, asan və çox effektiv qəbul növü - zülal qida əlavələri qəbuludur. Sizə lazım olan təkcə zülal tozu, şeyker və süd və ya sudur. Zülal tozu asanlıqla həzm olunur və çoxlu miqdarda qəbul olunan ətdən fərqli olaraq orqanizmi turşulaşdırmır. Zülal tozu süddən, heyvan və ya bitki mənbələrindən və yaxud onların kombinasiyasından əldə oluna bilər. Zülalların həzm olunması sürətli (30-40 dəqiqə), orta (1-2 saat) və ya asta (2 saatdan çox) ola bilər.

  • Yüksək miqdarda zülal: 92%
  • Funksional inqrediyent L-arginin hidroxlorid ilə
  • Yüksək miqdarda aminoturşu
  • Asan və sürətli həzm olunma
  • Son dərəcə az miqdarda yağ və karbohidratlar
  • Az miqdarda natrium
  • Şəkərsiz
  • Steviya ilə
  • Qlyutensiz
  • Laktozasız
  • Kremi kimi konsinstensiya

Toz zülalları arasında absolyut çempion seçilərsə, şübhəsiz ki, mükafat... qar kimi təmiz və şimşək kimi sürətli Hydro Whey Zero məhsuluna veriləcək!

Hydro Whey Zero - yüksək miqdarda (92%) zülaldır; zərdab zülalının hidrolizləşdirilmiş izolyatı əzələləri işıq sürəti ilə doldurur. Tərkibində qlyuten və əlavə olunmaş şəkər yoxdur. Hydro Whey Zero məhsulunun tərkibində az miqdarda karbohidrat və yağ var, bu məhsul bədəndə su saxlamır, bu isə hazırlıq və hətta müsabiqə zamanı əla seçimdir. Əlavə olunan aminoturşu dərhal bərpa edir və əzələ ağrısını azaldır.

BioTech USA istehsalı olan bütün məhsullar kimi, Hydro Whey Zero təhlükəsiz və diqqətlə seçilmiş inqrediyentlərdən ibarətdir.

Məşqlərin məqsədi:
  • Çəkinin artırılması
  • Çəkinin azaldılması
  • Dözümlülük
  • Gücün artırılması
  • Əzələ artımı
Buraxılış növü:
toz
İstehsalçı:
BioTech USA
İstehsalçı dövlət:
Avropa birliyi
Porsiya:
25 q
Qablaşdırılmada porsiyalar:
454 q - 20; 1816 q - 72
Enerji dəyəri, kkal *:
93 (*374)
Zülal, mq*:
23.000 (*92.000)
Karbohidratlar, mq*:
130 (*500)
- sadə karbohidratlar, mq*:
100 (*400)
Yağlar, mq*:
100 (*400)
- doymuş, mq*:
60 (*220)

Minerallar

duz:
60 (*230) mq

Digər

tərkibi:
zərdab zülalının hidrolizləşdirilmiş izolyatı, L-arginin HCl, qlisin, hidroksipropilin, limon turşusu, natrium karboksimetil sellüloza, sukraloza, steviol qlikozidlər, dad vericilər, boya maddələri, kakao tozu, vanil, darçın

Əlavə məlumat

Gündəlik norma :
1 porsiyanı (25 q, 1 ölçü qaşığı = 2 dolu xörək qaşığı) 200 ml su ilə qarışdırın və gündə 2 porsiya için
Allergenlər :
Yumurta, soya və tərkibində xardal olan qidalar emal edən istehsalatda hazırlanmışdır
* Qeydlər:
Məlumatlar bir porsiya üçün göstərilmişdir. * işarəsi ilə məlumatlar 100 q üçün göstərilmişdir.

Şərh yoxdur

Şərh yazmaq

Diqqət! Təqdim olunan bütün məhsullar gündəlik yemək rasionuna əlavədir və onu əvəz edə bilməz. Sizin tamdəyərli qidalanmanız - Sizin sağlamlığınızn təminatıdır. İstehsalçı tərəfindən tövsiyyə edilən idman məhsulu qəbulu normalarını aşmayın!

Xəbərdarlıq: İnternet-mağaza məhsulların yanlış istifadəsindən ortaya çıxan neqativ nəticələr üçün məsuliyyət daşımır! Bu pəhriz məhsulların istifadəsinin faydalılığından öz məşqçiniz və ya həkim-dietoloqunuzla məsləhətləşin. Həmçinin, Siz bizim İnternet-mağazamızın ixtisaslı mütəxəssislərimizdən pulsuz məsləhət ala bilərsiniz.

Məlumat: İdman qidası məhsulları dərman preparatları və suni kimyəvi məhsul deyildir. Onların istehsalı üçün yalnız bitki və heyvan mənşəli təbii komponentlər istifadə olunur. İnternet-mağazada təqdim olunmuş məhsulların keyfiyyət serifikatı və/və ya istehsalçı tərəfindən Atlant Gym MMC-yə Azərbaycan Respublikasında ekslüziv istifadə üçün Ümümdünya Antidoping Agentliyinin tələblərinə uyğun sertifikatı (WADA) vardır.