Flavonoidlər bitki mənşəli yemək və içkilərdə geniş yayılmışdır. Sitrus, soğan, yaşıl çay, qırmızı şərablar, tünd növ pivə, çaytikanı, və qara şokoladda (70: və çox kakao) kimi qidalarda onun miqdarı çoxdur. Bitkilərdə flavonoidlər qlikozid formasında rastlanır. Flavonoidlərin insan orqanizminə heç bir toksik təsiri yoxdur.
Bir çox flavonoidlər P-vitamin fəaliyyətə malikdirlər, qan kapillyarlarını möhkəmləndirir, askorbin turşusunun təsirini gücləndirir, sakitləşdirci təsir göstərir (yemişan), iltihab və xoranın qarşısını almaq üçün istifadə olunur, hətta bəzi flavonoidlər qanaxmanın dayandırılması üçün istifadə olunur; babasildən müalicə zamanı istifadə olunur. Son illər isə flavonoidlərin şişə qarşı təsiri haqqında açıqlamalar bəyan edilib.