Tərkibini təkmilləşdiririk

Mükəmməlliyə can atdıqda çox vaxt yaxşını korlayırıq.
Vilyam Şekspir "Kral Lir" faciəsi

Tez-tez belə bir tövsiyələr eşidirik ki, "əgər geynerin tərkibinə çiy yumurta, kəsmik, banan, dondurma, bal, fındıq əlavə edilsə o zaman lap bomba əldə etmək olar!". Bunu etsəniz, həqiqətən həzm sisteminizi partladan əsl bomba əldə edəcəksiniz.

Geyner - lazımsız qatqılardan təmizlənmiş balanslaşdırılmış qarışıqdır və onun tərkibini "təkmilləşdirmək" lazım deyil. Hər hansı əlavə komponentlərin qatılması əldə olunan qarışığın tıkcı kaloriliyini deyil, habelə geynerin komponentlərinin səmərəliliyinə və həzm olunma sürətinə təsir göstərir.

Məsələn, 100 q yağsız kəsmik əlavə etməklə, siz artıq geynerin tərkibində olan kazein şəklində 18 qram zülal əldə edəcəksiniz və geynerin həzm olunma sürətini əhəmiyyətli dərəcədə azaldacaqsınız. Geynerin tərkibinə əsasən, sadə karbohidratlar olan, fruktoza və qlyukozadan ibarət olan bal əlavə etsəniz, hesab edin ki, siz geynerinizə hər kəsin çəkindiyi qənd əlavə etmisiniz.

Üzərində idman qidalanması istehsalçısının həkim-diyetoloqları çalışdığı məhsulu sizcə "təkmilləşdirməyə" dəyərmi?

Şərhlər

Да-да! В точку! Мне бананы говорили в гейнер добавлять. В шейкере много получалось. Пить нем мог, блевать хотелось. Вобщем, совет тут правильный.
Yeni şərh