Necə düzgün qəbul etməli?

Bilik gücdür, güc bilikdir.
İngilis filosofu Frensis Bekon (1561 — 1626)

Məqsədimizə uyğun geyneri necə seçmək lazım olduğunu artıq bilirik. Onu necə qəbul etmək lazım olduğunu aydınlaşdırmağımız qalıb. Axı ən yaxşı geyneri belə düzgün qəbul etmədikdə istədiyimiz nəticəni əldə etməyə bilərik. Lakin sadə və ucuz geynerin düzgün qəbulu arzu edilən məqsədə nail olmaqda böyük köməklik edə bilər.

Məqsədimiz geynerin bütün faydalı keyfiyyətlərini maksimal dərəcədə istifadə etmək və lazımsız yağ yığını şəklində yan təsirdən boyun qaçırmaqdır. Bunun üçün geyner qəbulunun düzgün zamanını və bir dəfə üçün qəbul edilən tozun miqdarını seçmək gərəkdir.

Əgər geynerin tərkibində çoxlu miqdarda sadə karbohidrat (şəkər) varsa, o zaman bu geyner qlikogen ehtiyatını tez bir müddətdə doldura bilər və yaxşı olar ki onu məşqdən dərhal sonra qəbul edəsiniz ki, gücünüz&¨ tez bir zamanda bərpa etsin. Tövsiyə edilən bir dəfəlik porsiya - 50 qram tozdur, məşqinizin intensivliyi və bədəninizin ümumi çəkisindən asılı olaraq maksimum 100 q.

Yanlış fikir: Geynerdə şəkər - pisdir.

Əgər geynerin tərkibində şəkər azdırsa və mürəkkəb karbohidratlar çoxluq təşkil edirsə, bu geyneri məşqdən 1,5-2 saat əvvəl qəbul etmək tövsiyə edilir, bu orqanizminizi fiziki fəaliyyətə hazırlaşdıracaqdır. Tövsiyə edilən bir dəfəlik porsiya - 100 qram toz, məşqinizin intensivliyi və bədəninizin ümumi çəkisindən asılı olaraq maksimum 150 q.

Bir dəfəlik porsiyanın ölçüsünü geynerdə olan zülal tərkibi təsir göstərir: tərkibində 30-35 qramdan artıq zülal olan porsiyanın qəbulu tövsiyə edilmir. Orqanizm zülalı ehtiyata saxlaya bilmir və bu artıqlar həzm edilmədikdə gərəksiz olduğu üçün orqanizmdən təbii yol ilə çıxır.

Əsas yemək qəbulu arası gün ərzində siz kiçik (50-100 q toz) porsiyalar əlavə qəbul edə bilərsiniz. Yaxşı olar ki, gün ərzində 250-350 qram tozdan artıq qəbul etməyəsiniz, bir çox geyner üçün bu 1000-1400 kkal təşkil edir.

Unutmayın ki, geyner sadəcə olaraq gündəlik rasionunuzu tamamlandırır, amma əvəz etmir. Onu nahar və yaxud şam yeməyi əvəzində istifadə etməyin. Adi səhər yeməyinə əlavə olaraq 2 porsiya geyner sizə dünya diyetoloqlarının arzu etdiyi 5 dəfəlik qidalanmanı verir.

Şərhlər

Lilda, Jumbo daxil, istənilən geyneri qızlar da qəbul edə bilər.
Jumbo qizlar da qebul ede biler?
Olivia, Serious Mass məhsulunu ümumi çəkinin artırılması üçün qızlarda istifadə edə bilər.
salam sorius mass geynerden qizlar istifade ede biler?menim cekim cox azdi amma yemeyim isdahim normaldi 23 yasim var ezele falan isdemirem cekim artsin sadece..bu haqqda mene etrafli melumat verin zehmet olmasa
Вот тут вы затронули тему количества белка в порции. А как быть, если на упаковке ясно сказано, что одна порция содержит 60 граммов белка?
Очень толково. Не думал на азербайджанском сайте встретить такую статью. Все продуманно, все доходчиво объяснено. Сухой анализ составов, никакой рекламы собственной продукции. Думаю, что люди возьмут на вооружение и перестанут гнаться за калориями в порции.

Как-то прочитал на одном сайте, что "если нужно много калорий, то выпей литр масла" :)

Успехов вам!
Тут полностью согласен с автароми
Yeni şərh