Kim üçün nəzərdə tutulmuşdur?

Bədən gücü yaxşıdır, ağıl gücü ondan da yaxşıdır.
Amerika siyasətçisi, ABŞ 26-cı prezidenti Teodor Ruzvelt

- 5-6 kq əzələ yığmaq üçün ən yaxşı və səmərəli geyner hansıdır?

- Bu pis geynerdir – kalorisi az və porsiyası balacadır... Daha yaxşısı var?

- Qurudulmaq istəyirəm. Hansı geyner məsləhətlidir?

- Mənə geyner məsləhət görüblər, amma yan təsirlərdən qorxuram.

- Geyneri qəbulunu dayandırsam əzələlərim boşalacaq?

Bu sualları zalımızda tez-tez verirlər. Və onlar hamısı yanlış suallardı. Niyə? Çünki çoxusu geynerin nə və hansı növdə olduğunu, onları necə istifadə edilməsini və ümumiyyətlə kim üşün nəzərdə tutulduğunu bilmir. Gəlin baxaq ki, bütün idman zallarında böyük tələbatı olan bu möcüzəvi məhsul nədir.

Geyner (ing. Gain - artma, artım, böyümə) – müəyyən nisbətdə karbohidrat və zülal qarışığıdır. Bundan əlavə, geynerin tərkibində olan karbohidrat və zülallar müxtəlif olur.

Karbohidratlar – bizim enerjimizin mənbəyi, əzələlərin çalışması üçün yanacaqdır. Karbohidrat qəbul etdikdə, biz gündəlik həyatımız və məşq zamanı istifadə etdiyimiz enerjini bərpa edirik və enerji ehtiyatımızı doldururuq. Həzm traktında bütün karbohidratlar orqanizmimizin "işlədiyi" qlyukozaya çevrilir.

Zülallar – orqanizmin yeni toxumaları üçün quruculuq bloklarıdır. Yer kürəsində bütün canlılar zülaldan ibarətdir və zülal əzələ kütləsinin dəstəklənməsi və artırılması üün zəruridir. Həzm traktında zülallar aminoturşulara, parçalanır və onlardan orqanizmin yeni toxumaları əmələ gəlir.

Bizim səhər, nahar və şam yeməyində qəbul etdiyimiz qidalar əsasən karbohidratlardan (çörək, düyü, qarabaşaq, kartof, şirniyyat, meyvələr), az miqdarda isə zülallardan (ət, balıq, toyuq, kəsmik, süd, yumurta) ibarətdir. Hər hansı nahar yeməyimizin tərkibində geynerin tərkibində olan qarışıq - karbohidrat və zülallar (qarabaşaq sıyığı ilə ət kotleti) var.

Hamımız bilirik ki, əgər çoxlu miqdarda xəmir xörəkləri, kartof, şirniyyat yedikdə çox tez bir zamanda piy yığını və lazımsız qarın əmələ gəlir. Əzələlər isə olduğu kimi balaca qalır.

Çəki azaltmaq, qurudulmaq, çəkinin artırmadan quru əzələ kütləsi toplamaq istəyənlər istifadə edəcəkləri karbohidratların miqdarına nəzarət etməlidir və geyner kimi məhsul onlar üçün deyil və bu məqaləni daha oxumağınıza ehtiyac yoxdur.

Az çəkili, arıq və yaxud əzələ kütləsini və çəkisini artırmaq istəyən insanlar - geyneri məhz sizin üçün yaradıblar və məhz sizin üçün bu məqalə yazılmışdır. 

Şərhlər

salam cekim 43 boyum 162 kokekmek ucun ne mesleht edirsiz TWK
Salam,men bunu hardan ala bilerem ?
Zaur piy hec vaxt ezele cevrile bilmez hetta zulal artigindan yaranan piyler bile geri donme yeni ezele yaratmaq sansi 0-a beraberdir
salam bilirem burda bu suallari cox verirler isteyirem ki menide oz semereli meslehetlerinizden veresiniz/ menim yasim 29 boyum1.77 cekim ise stabil qalmir 67-70 olur yemeyimde artim olanda max 71 olur ondan o terefe qalxmir men hansi geyneri ve nece qr almaliyam ? zehmet olmazsa etrafli yazin men 75-78 kg olmag isteyirem
salam menim cekim 64kq boyum 1.78 di cekimi artirmaq istiyirem ne meslehet gorediz zehmet olmasa cavab yazardiz
Heyder, Sizə uyğun olan Jumbo geyneridir.
http://agym.az/index.php?dispatch=products.view&product_id=29827
Menim cekim 54 boyum 1.72 men hansi qeynerden istifade elemeliyem ..???
что вы посоветуйте для набора массы и обема
Menim cekim 52 .boy 170 ceki artirmag isteyirem .cekim artmir hansi geyneri istifade eliyim ?piy olsada olar piyi soradan ezeleye cevirmek asantdi .
купил Jumbo 4400 грамов и увеличил 5 кг !!! порошок работает!!!
Yeni şərh