Hansı geyneri seçməli?

Est modus in rebus, sunt certi denique fines Quos ultra citraqe nequit consistere verum.
Hər bir şeyin öz hüdudları var və bu hüdudlar xaricində həqiqət var ola bilməyir.
Roma şairi Kvint Qorasiy Flakk, 65-8 e.ə.

Öz bədən quruluşunuzdan və məqsədlərinizdən siz artıq hansı geyner qrupundan seçim etmənizi bilirsiniz. Lakin burada növbəti bir problem yaranır: hər geyner qabının üzərində istehsalçı məhz bu geynerin əzələ kütləsinin artırılması üçün ən yaxşı və sizə lazım olduğu yazır! Yalnız bəzi istehsalçılar hansısa geynerin yeni başlayan yaxud peşəkar idmançılar üçün istehsal olduğunu qeyd edir.

Ona görə istehsalçıların yazdığına fikir verməyib kalkulyator götürün və geynerin tərkibində olan karbohidrat və zülal nisbətini özünüz hesablayın. Sadəcə olaraq zülal miqdarını zülal və karbohidratların cəm miqdarına bölün. Əldə edilən nəticələrə əsasən həmin geynerin sizin tələbatlarınıza nə qədər uyğun olduğunu müəyyən edək.

Yanlış fikir: 1 porsiyasının tərkibində çoxlu kalori olan geyner yaxşı geynerdir.

Gəlin bir az kalorilərdən bəhs edək. Bəzi istehsalçılar qabların üzərində böyük hərflərlə yazır ki: bir porsiyada 1.500 kkal! Amma porsiyanın ölçüsü kim üçün hesablandığı bilinmir və bununlada istifadəçini çaşdırırlar.

Hər kəsə məlumdur ki, uşaq böyük insandan fərqli olaraq daha az yeyir. Beləliklə, kiçik boylu arıq insanda hündür boylu arıq insandan daha az yeyir.

Aktiv fiziki yükləmə zamanı orqanizmin normal həyat fəaliyyətini və çəki artımını təmin etmək üçün gündə bədən çəkisinin hər 1 kq üçün 45-50 kkal gərəkdir. Beləliklə 60 kq çəkiyə gün ərzində yeyilən və içilən qidalardan 2.700-3.000 kkal gərəkdir.

Bəlkə fikir vermisiniz, istənilən qida məhsulunun (kolbasa, pendir, kəsmik, yağ və s.) üzərində kalori və tərkib 100 q məhsul üçün göstərilir. İdman qidalanması istehsalçıları məlumatı niyə abstrakt porsiya üçün göstərir, sirr olaraq qalır.

Geynerin kaloriliyini düzgün qiymətləndirmək üçün onun 1 porsiyada göstərilən kaloriliyini 100 qram üçün hesablamaq lazımdır. Əldə edilən nəticə sizə geynerin nəhəng porsiyada göstərilən kalori miqdarını yox, əsl kaloriliyini göstərəcəkdir.

Geynerin tərkibindəki kalori haqqında məlumat sizə nə verəcək? Ümumiyyətlə desək, heç nə. Geynerin kalori miqdarı onun tərkibində olan bütün maddələrdən - karbohidratlar, zülallar, yağlar və s. - toplanır. Geynerin kalorililiyini onun tərkibinə, enerji dəyəri karbohidratladan demək olar ki, iki dəfə artıq olan, yağlar əlavə edərək artırmaq olar. Lakin arzu edilən çəkini yığmaq üçün nə əlavə kalori miqdarı, nə 2-3 qram yağ böyük bir rol oynamır.

Daha vacibi geynerin tərkibindəki sadə və mürəkkəb karbohidratların nisbətini bilməkdir. Niyə? Bu nisbətdən bizim enerji ehtiyatlarımızın doldurulma sürəti asılıdır. Qeyd etdiyimiz kimi, sadə karbohidratlar tez, mürəkkəb karbohidratlar isə yavaş həzm olunur.

Tərkibində yüksək miqdarda sadə karbohidrat (şəkərlər) olan geynerin böyük porsiyasını içib yatdıqda nə olacaq? Orqanizm qlyukoza və fruktozadan ibarət böyük miqdarda kalori alacaq və öz ehtiyatlarını dərhal dolduracaq. Bəs qəbul olunan geynerin artıq kaloriləri necə olacaq? Təbii ki, orqanizm hal-hazırda lazım olmayan artıq kaloriləri piy yığını kimi ehtiyatda saxlayacaq.

Tərkibində yüksək miqdarda mürəkkəb karbohidrat olan geynerin böyük porsiyasını içib yatdıqda da eyni hal baş verəcək. Artıq kalorilər yavaş-yavaş azad olsada orqanizm onları piy ehtiyatı kimi saxlamağa çalışır.

Əslində, təbii ki, qaraciyər piy ehtiyatı olaraq kaloriləri deyil qanda qalan şəkər səviyyəsinin (qlyukozanın) artıqlarını piyə çevirir və sonrakı istifadə üçün piy toxumalarına saxlayır. Bir halda ki, geynerin kalorililiyini karbohidratlar müəyyən edir, onlar isə öz növbəsində qana daxil olan qlyukozaya çevrilir, o zaman artıq qəbul edilən karbohidratlar qanda şəkərin həddən artıq bolluğuna və piyin yığılmasına gətirir.

Arzu etdiyimiz əzələ kütləsinin artırılmasının əvəzində biz qarının böyüməsinə nail oluruq və bu halda geynerlərin düzgün qəbul edilmədiyi zaman baş verir.

Şərhlər

Sizə məsləhət kreatin birde geyner proteinde lazımdı əyər əzələ yigmaq istəyirsinizə bcaa istifade etmek de yaxşıdı ama yazıq boyrek goresen dozermi mən iki aydı zala gedirem protein qəbul edirəm vhey gold inan dəyişiklik coxdu birde su qəbul edin gunə 2,3lt əzələ coxsu sudan ibaretdi əsas baza məşqlərin edin
salam menim 26 yasim var. mewq de edirem. amma cekim cox azdi. 48 kq. boyum 170. Sizde olanlardan o mene ne meslehet gorerdiniz?
Boy 174 ceki 64 hansi geyner meslehetdi.. ceki artirmaq isdiyrem
boy 183 ceki 65. mene hansi geyneri meslehet gorerdiz?? zehmet olmasa cavab yazin ...
Salam.Bilmək istəyərdim ki, qadınlar hansı qeynerlerdən istifadə edə bilər ?
Yeni şərh