Geynerin ziyanı

Orqanizmin həzm etmədiyi qida, onu yeyəni yeyir. Bu səbəbdən həddən artıq yemə.
Suriya yazıçısı, alim, həkim Abu-əl-Fərəc ibn Harun (1226 - 1286)

Geynerin ziyanı və yan təsiri kimi sualı gözdən keçirməsək düzgün olmazdı, çünki, demək olar ki, mağazamızın hər yeni ziyarətçisi bu sualı verir. Bundan əlavə məşqçi və idmançılar arasında geynerin (və ya ümumiyyətlə idman qidalanmasının) ziyanı və qaraciyərə, böyrəklərə, potensiyaya və s. neqativ təsiri haqqında sarsılmaz rəy var.

Geyner istifadəsinin əleyhinə olanları, bu məhsulun ziyanı haqqında yalan məlumat yayanları məyus etmək məcburiyyətindəyik: geynerlər tamamilə təhlükəsiz və zərərsizdirlər və istənilən yaşda, hər hansı yan təsir almaq qorxusu olmadan, istifadə oluna bilərlər.

Əsassız danışmamaq üçün bir necə misal gətiririk:

- Hər hansı geynerin tərkibində olan süd zülalı zərdabı, kazein və maltodekstrin çoxdan bəri uşaq qidalanmasında istifadə olunur.
- Bağırsaqdan, mədədən, agız böşluğundan əməliyyat olunan və adi qida məhsulları qəbul edə bilməyən insanların orqanizmlərinin bərpa olunması üçün həkimlər geynerlərdən istifadə etməyi tövsiyə edir.
- Hazırki ordu əskərinin "Ərzaq payı" tərkibi baxımından geyner ilə bənzərdir və hərbi əməliyyatlar zamanı heyətin qidalanması üçün istifadə olunur.

Geynerin həddindən çox istifadəsi sadəcə bir "yan" təsirə gətirə bilər - arzu olunmaz piy yığınları. "Bu səbəbdən həddən artıq yemə"...

Şərhlər

С юмором, грамотно, легко! Цитаты отпадные :)
Наконец-то доступная для восприятия статья, и все в одном месте собрано! Надоело по сети по крупицам все собирать!
Спасибо за вашу работу!
Oxudum lezet eledi! Bele yaxwi asan her weyi bawa saldiginiz ucun tewekkur!!!
Şərh yazmaq