Karbohidratsız, hər bir porsiyasında 6000 mq BCAA və B6 vitamini olan 2:1:1 nisbətində dadlı BCAA tozu.
- 0 qlyuten
- 0 laktoza
- 0 karnohidrat
- 0 yağ
- Hər porsiyada 2:1:1 nisbətində 6.000 mq BCAA
- Şərti əvəzolunmaz aminoturşu qlutamin ilə
- B6 vitamini ilə
- Toz şəklində dadlı məhsul
- Az miqdarda natrium
- Təbii şəkər olan steviya ilə
- Konservantsız
- Aspartamsız
- Dopinqsiz
Əzələlərin artırılması və enerji ilə təmin olunması
BioTech USA istehsalı yeni BCAA Flash Zero məhsulunun tərkibində 2:1:1 nisbətində leysin, izoleysin və valin var; aminoturşuların bu nisbəti onların əzələlərdə olan təbii nisbətinə uyğundur. Zülal və qlikogen mübadiləsinin yaxşılaşdırılması və yorğunluq hissinin azaldılması üçün məhsulun tərkibinə B6 vitamini əlavə olunmuşdur. BCAA Flash Zero məhsulunun ləziz olması üçün istehsalçı təbii şirinləşdirici maddə olan steviya istifadə etmişdir.
Biz sıfır dediyimizdə sıfır nəzərdə tuturuq
BCAA Flash Zero istənilən məşq növü üçün yararlı olan toz şəklində aminoturşu məhsuludur. Məhsulun tərkibində lazımsız olan bütün inqrediyentlər sıfır miqdarındadır: qlyuten, laktoza, aspartam, karbohidratlar, konservantlar və əlavə olunmuş şəkər.
- həm kişi, həm qadınlara
- bütün növ məşqlər üçün
- məşqdən əvvəl sürətli və az kalorili aminoturşu ehtiyatını artırmaq üçün
- uzun müddətli məşq zamanı əzələləri qorumaq üçün
Və yaxud siz:
- pəhrizdə saxladığınızda
- müsabiqələrə hazırlaşdıqda (fitnes)
- diabet olduğunuzda
- laktozaya qarşı həssassınızsa
- qlyutenə qarşı həssassınızsa
Aminoturşular sizə nə üçün lazımdır?
Aminoturşular orqanizmdə ən əsas qida maddələrindən biri olan və bütün insan orqanizmində mövcüd olan zülalın quruluş bloklarıdır. Bəzi aminoturşuları insan orqanizmi özü istehsal edə bilir (əvəzolunan aminoturşular), lakin digər qrupa aid olan (əvəzolunmaz aminoturşular) orqanizmə qida ilə daxil olur. Bütün aminoturşulardan yalnız 20 zülalın strukturunun formalaşmasında iştirak edir. Aminoturşular həzm etmə, qaraciyər funksiyaları və ya yaraların sağalması kimi bütün fizioloji proseslərdə əsasını təşkil edən yer alır. Aminoturşular dəri, bağlar, əzələ, vətər, daxili orqanlar, vəzi, saç və dırnaqlarə dəstəkləyir. Onlar hormon, neyro ötürücü maddə və fermentlərin istehsalında iştirak edir. Bundan əlavə, zülallar enerji istehsal edir və karnohidrat və lipidlərə çevrilə bilir. Əsas aminoturşuların zəngin mənbəyi heyvan mənşəli məhsullardır, çünki çox vaxt bitki qidalanmasının tərkibində bütün bu aminoturşular olamayır.
BCAA, yəni şaxələnmiş aminoturşular əzələ quruluşunda xüsusi əsas rol oynayan 3 aminoturşudan ibarətdir: valin, izoleysin və leysin. Valin əzələləri enerji ilə təmin edir, həmçinin hüceyrə mübadiləsində də iştirak edir. İzoleysin - hemoqlobin istehsalı üçün zəruri olan aminoturşudur və bərpa olunmaqda vacib yer alır. Leysin sümük, dəri və əzələlərin bərpa olunmasında iştirak edir və özbaşına, müstəqil olaraq zülalın həzmini artırmağa qadirdir. BCAA-nın əsası olan bu üç aminoturşu əzələ artırılması prosesində və onları enerji ilə təmin etməkdə bir birinin effektivliyini gücləndirir; məhsulda bu aminoturşular əzələlər üçün təbii, xarakterik nisbətdədır.
BioTech USA istehsalı olan bütün məhsullar kimi, BCAA Flash Zero təhlükəsiz və diqqətlə seçilmiş inqrediyentlərdən ibarətdir.
Diqqət! Təqdim olunan bütün məhsullar gündəlik yemək rasionuna əlavədir və onu əvəz edə bilməz. Sizin tamdəyərli qidalanmanız - Sizin sağlamlığınızn təminatıdır. İstehsalçı tərəfindən tövsiyyə edilən idman məhsulu qəbulu normalarını aşmayın!
Xəbərdarlıq: İnternet-mağaza məhsulların yanlış istifadəsindən ortaya çıxan neqativ nəticələr üçün məsuliyyət daşımır! Bu pəhriz məhsulların istifadəsinin faydalılığından öz məşqçiniz və ya həkim-dietoloqunuzla məsləhətləşin. Həmçinin, Siz bizim İnternet-mağazamızın ixtisaslı mütəxəssislərimizdən pulsuz məsləhət ala bilərsiniz.
Məlumat: İdman qidası məhsulları dərman preparatları və suni kimyəvi məhsul deyildir. Onların istehsalı üçün yalnız bitki və heyvan mənşəli təbii komponentlər istifadə olunur. İnternet-mağazada təqdim olunmuş məhsulların keyfiyyət serifikatı və/və ya istehsalçı tərəfindən Atlant Gym MMC-yə Azərbaycan Respublikasında ekslüziv istifadə üçün Ümümdünya Antidoping Agentliyinin tələblərinə uyğun sertifikatı (WADA) vardır.