İstehsalçı İstehsalçı

100% Whey Isolate

100% Whey Isolate

56,00 AZN
(ƏDV daxil)
Qablaşdırmanı seçin
Dadı seçin
Ballar üzrə qiymət: 2800 bal
40410
Satışda var
+
  • Yüksək keyfiyyətli zülal mənbəyi!
  • Zülalın maksimal qatılığı 96,5 q (quru çəki)!
  • Əla həll olunma xüsusiyyəti - 100% ani!
  • 100% təbii!
  • Əla bio əlverişlilik!
  • Tərkibində şəkər və laktoza yoxdur (dadsız formulda)!
  • Yağsız!

Premium zülal mənbələri arasında çempion!

İdmançı və bodibilderlər tez-tez idman qidalanmasında ən optimal zülal mənbəyinin nə olduğunu soruşurlar. Son illər başqa bir mövzu bu qədər müzakirə edilməmişdi. Artıq premium zülal mənbələri arasında çempion bəlli oldu: IronMaxx® istehsalı 100% Whey Isolate!

100% Whey Isolate ilə IronMaxx® öz sinfində və zülal qatılığında tayı-bərabəri olmayan ən yüksək keyfiyyətli zülal konsentratı istehsal etdi. Hər 100 q 96,5 q zülal ilə bu məhsul indiyənə qədər istehsal olunmuş ən qatı zərdab zülalıdır. Bu da ən yüksək peşəkar tələbləri təmin edir! 100% Whey Isolate məşqdən sonra ideal seçimdir, çünki məhsulun tərkibindəki zülal əzələ kütləsinin artırılmasına və dəstəklənməsinə yol verir. Bu unikal çempion-zülalı istifadə edərək siz bütün diqqətinizi məşqlərdə cəmləşdirə bilərsiniz.

100% Whey Isolate məhsulunun tərkibində istifadə olunan zərdab zülalı izolyatı innovativ ion mübadiləsi prosesi yolu ilə təzə zərdabdan hazırlanır. Bu unikal texnologiya funksional komponent və qidalandırıcı zülalları seçir. Bu üslubun köməkliyi ilə xüsusi saflıq və inanılmaz qatılıq əldə edilir. Bu üsul ən yaxşı və bahalı üsul hesab edilir. Nəticədə tərkibində 95-98% zülal olan denaturlaşdırılmamış premium izolyat əldə olunur. Bu günə qədər əldə edilmiş ən yüksək miqdarda zülal tərkibidir!

Bu məhsulda olan bahalı tozlandırıcı qurutma üsulu nəticə olaraq alfa-laktalbumun, beta-laktoqlobulin və immunoqlobulin kimi bioaktiv molekul tərkibli zülal verir.

Az kalorili şirniyyat olan steviya artıq IronMaxx®-da

Dünyada ilk dəfə IronMaxx® şirkəti 100% Whey Isolate məhsulunu steviya ilə şirinləşdirərək iki mükəmməl dadda istehsal edib - şokolad və portağal-marakuyya. 100% Whey Isolate məhsulunun dadsız formulu az miqdarda yağ və laktozasızdır. Hazırda bu məhsulun daha da gözəl dadları hazırlanır və siz onları tezliklə dada biləcəksiniz!

Aquasolve formulu sayəsində məhsul dərhal hazırlanır

IronMaxx® istehsalı 100% Whey Isolate məhsulu suda həll olunma üçün xüsusilə Aquasolve formulu ilə işlənilmişdir. Dərhal əla həll olunduğu üçün məhsulu silkələməl və ya uzun müddət qarışdırmağa ehtiyac yoxdur. Məhsulu asanlıqla suda çəngəl ilə qarışdırmaq olar. Beləliklə, dərhal istifadə edə biləcəyiniz köpük və yumaqsız zülal içkisi hazırlanır.

Məşqlərin məqsədi:
  • Çəkinin azaldılması
  • Dözümlülük
  • Gücün artırılması
  • Əzələ artımı
Buraxılış növü:
toz
İstehsalçı:
IronMaxx
İstehsalçı dövlət:
Almaniya
Porsiya:
25 q
Qablaşdırılmada porsiyalar:
750 q - 20; 2000 q - 80
Enerji dəyəri, kkal *:
95 (*379)
Zülal, mq*:
22.8 (*91.000)
Karbohidratlar, mq*:
0 (*0)
- sadə karbohidratlar, mq*:
0 (*0)
Yağlar, mq*:
425 (*1.700)
- doymuş, mq*:
200 (*800)

Əvəzolunmaz aminoturşular (EAA)

L-valin:
1.375 (*5.500) mq
L-izoleysin:
1.350 (*5.400) mq
L-leysin:
2.975 (*11.900) mq
L-lizin:
2.775 (*11.100) mq
L-metionin:
575 (*2.300) mq
L-treonin:
1.100 (*4.400) mq
L-triptofan:
675 (*2.700) mq
L-fenilalanin:
875 (*3.500) mq

Şərti əvəzolunmaz aminoturşular (CAA)

L-arginin:
575 (*2.300) mq
L-histidin:
550 (*2.200) mq
qlisin:
400 (*1.600) mq
L-qlutamin:
4.125 (*16.500) mq
L-prolin:
1.100 (*4.400) mq
L-tirozin:
875 (*3.500) mq
L-sistein:
750 (*3.000) mq

Əvəzolunan aminoturşular (NAA)

L-alanin:
1.175 (*4.700) mq
L-asparagin t-su:
2.775 (*11.100) mq
L-serin:
675 (*2.700) mq

Vitaminlər

А (retinol):
25 (*100) mkq
C:
0,5 (*2) mq
D:
2 (*8) mkq

Minerallar

dəmir:
0,5 (*2) mq
duz:
375 (*1.500) mq
kalsium:
31,25 (*125) mq
maqnezium:
6,25 (*25) mq
fosfor:
23,75 (*95) mq

Digər

tərkibi:
zərdab zülalı izolyatı, limon turşusu, dadvericilər, soya lesitini, sukraloza, stevioqlikozidlər, beta-karoten, ksantan saqqızı, alfa-laktalbumin, beta-laktoqlobulin, immunoqlobulin, inək zərdab albumini, qlikomakropeptid, laktoferrin, laktoperoksidaza, l

Əlavə məlumat

Gündəlik norma :
2 ½ dolu xörək qaşığı (25 q) məhsulu 250 ml su və ya soyuq yağsız süd ilə qarışdırın
Tövsiyə:
Ehtiyac olarsa gün ərzində 4 porsiya qəbul edin. Yarışma və ya məşqdən əvvəl, məşqdən dərhal sonra və gecə yatmamışdan əvvəl istifadə etmək tövsiyə edilir
Allergenlər :
Yumurta, lyupin, soya və qlyuten emal edən istehsalatda hazırlanmışdır
* Qeydlər:
Məlumatlar bir porsiya üçün göstərilmişdir. * işarəsi ilə məlumatlar 100 q üçün göstərilmişdir
əgər həqiqətən də 25 qramında 24,1 qram protein varsa bu rekord deməkdir. gold standard bitsin bundan alacağam. gold standard 31qram porsudu guyaki 24qram protein var amma labaratoriyada araşdırıblar 21 qramdı. amma bu da inanılası deyil
Portagal Dadi eladir. Bezdirmir. Normal hell olur. Cox kopuklene bilir.Kokteyl olur.

Amma bir meseleni deyim ki, portagal olanda 24g deyil, 22g protein olurmush.
Şərh yazmaq

Diqqət! Təqdim olunan bütün məhsullar gündəlik yemək rasionuna əlavədir və onu əvəz edə bilməz. Sizin tamdəyərli qidalanmanız - Sizin sağlamlığınızn təminatıdır. İstehsalçı tərəfindən tövsiyyə edilən idman məhsulu qəbulu normalarını aşmayın!

Xəbərdarlıq: İnternet-mağaza məhsulların yanlış istifadəsindən ortaya çıxan neqativ nəticələr üçün məsuliyyət daşımır! Bu pəhriz məhsulların istifadəsinin faydalılığından öz məşqçiniz və ya həkim-dietoloqunuzla məsləhətləşin. Həmçinin, Siz bizim İnternet-mağazamızın ixtisaslı mütəxəssislərimizdən pulsuz məsləhət ala bilərsiniz.

Məlumat: İdman qidası məhsulları dərman preparatları və suni kimyəvi məhsul deyildir. Onların istehsalı üçün yalnız bitki və heyvan mənşəli təbii komponentlər istifadə olunur. İnternet-mağazada təqdim olunmuş məhsulların keyfiyyət serifikatı və/və ya istehsalçı tərəfindən Atlant Gym MMC-yə Azərbaycan Respublikasında ekslüziv istifadə üçün Ümümdünya Antidoping Agentliyinin tələblərinə uyğun sertifikatı (WADA) vardır.

Adətən bu məhsul ilə alınan Adətən bu məhsul ilə alınan

Oxşar məhsullar Oxşar məhsullar